Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

O bildirib ki, İzmirdə inşa olunan “STAR” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır.

R.Abdullayev deyib: “İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq. 2018-ci ilin aprelində “STAR” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq”.
Mənbə
AZƏRTAC