Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə “Şöhrət” ordeni verib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin".

Mənbə
ANS PRESS