Nazirin sözlərinə görə, Azərbaycan Avropa Oyunları zamanı və oyunlardan sonra ilkin mərhələdə bir neçə hoteldə, tədricən isə bütün hotellərdə milli mətbəx brendi (Azerbaijan breakfast) təqdim edəcək: “Bu, Azərbaycan mətbəxinin qaydalarına uyğun hazırlanacaq. Ailə-məişət, gündəlik həyatımızı əks etdirməklə yanaşı, mətbəximizin ən dəyərli ənənələrini qorumaqla yeni, müasir şəkildə təqdim edəcəyik”.
Ə.Qarayev hotellərin bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəklərinə ümid edir.