Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, parlament sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, 30 maddədən və 9 əlavədən ibarət Saziş 2014-cü il dekabrın 22-də Bakıda imzalanıb. Birinci mərhələdə əsas məsələ seysmik işlərin həyata keçirilməsi və perspektiv strukturların müəyyən edilməsidir. Sazişin şərtlərinə uyğun olaraq podratçı, yəni BP Eksploreyşn (Azərbaycan) Limited və SOCAR-ın Ortaq Neft Şirkəti neft-qaz əməliyyatlarını beynəlxalq neft-qaz sənayesində qəbul olunmuş və tətbiq edilən prinsiplərə və standartlara uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür. Bununla bərabər podratçı həm də zəmanət verir ki, bu Sazişi icra etmək üçün tələb olunan inzibatçılıq və idarəetmə, texniki və texnoloji biliklərə və təcrübəyə, müvafiq maliyyə ehtiyatlarına malikdir.
Qeyd edilib ki, Sazişin müddəti 3 dövrdən ibarətdir - ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işləmə və hasilat dövrü. Qüvvəyə minmə tarixindən etibarən ilkin kəşfiyyat dövrünün sonunadək bütün müqavilə sahəsinə münasibətdə çəkilmiş neft-qaz əməliyyatlarının məsrəfləri yalnız BP şirkəti tərəfindən maliyyələşdirilir və həmin məsrəflərin əvəzi ödənilmir. Əsas kəşfiyyat dövrü müvafiq perspektiv sahəyə münasibətdə perspektivlik haqqında bildirişin verildiyi tarixdən etibarən 3 il təşkil edir. Əsas kəşfiyyat dövründə podratçı hər perspektiv sahədə perspektiv sahənin, ya da sahələrin mühəndis geoloji tədqiqatını aparmalıdır, ətraf mühitə təsirini qiymətləndirməlidir və ən azı 1 kəşfiyyat quyusu qazmalıdır.
Diqqətə çatdırılıb ki, SOCAR işlənmə proqramını təsdiq etdikdən sonra həmin perspektiv sahə işlənmə sahəsi hesab edilir. Hər işlənmə sahəsinə münasibətdə işlənmə və hasilat dövrü, həmçinin işlənmə sahəsinə dair işlənmə proqramı SOCAR tərəfindən təsdiq edildiyi tarixdən başlanır və həmin tarixdən etibarən 23 il müddətində davam edir. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq.
Sonra Valeh Ələsgərov Sazişin tələblərindən irəli gələn məsələlərlə bağlı komitə sədrlərinin və deputatların suallarını cavablandırıb. Bildirilib ki, bu Saziş Azərbaycanın neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir. Azərbaycan istənilən beynəlxalq konvensiyaya qoşulduqda, istənilən mühüm Sazişə imza atdıqda hər zaman öz milli maraqlarını qoruyur. Sözügedən sazişdə ətraf mühitin mühafizəsi də xüsusi diqqətdə saxlanılıb.
Komitə üzvləri belə bir Sazişin bağlanmasını Azərbaycanın neft strategiyasında daha bir uğurlu addımı kimi qiymətləndiriblər. Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın gündəliyində duran “Birləşmiş Millətlər Təşkilatının “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair Kioto Protokolu”na Doha Düzəlişinin təsdiq edilməsi barədə” qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47