Abşeron Rayon Polis Şöbəsində struktur dəyişikliyi edilib.
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Abşeron Rayon Polis Şöbəsinə idarə statusu verilib. İdarənin nəzdində isə Mehdiabad Polis Bölməsi yaradılıb.