[ 02 Aprel 2015 13:44 ]



Bakı. Hafiz Heydərov – APA. Abşeron rayon Polis Şöbəsində struktur dəyişikliyi edilib.

 

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən qərar qəbul olunub. Qərara əsasən Abşeron rayon Polis Şöbəsinə idarə statusu verilib. İdarənin nəzdində isə Mehdiabad Polis Bölməsi yaradılıb.