[ 02 Aprel 2015 12:04 ]


Moskva. Fərid Əkbərov - APA. Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

APA-nın “lifenews”a istinadən verdiyi məlumata görə, soyadı azərbaycanlı soyadına çox bənzəyən heyət üzvləri aşağıdakılardır:

 

Abdullayev F. S. - matros
 

Səfərov M. S. - matros
 

Sadıqov İ. Q. - mexanik
 

Əliyev E. S. - usta
 

Talıbov M. U. -  mexanik
 

Rəhimov A. M. – baş usta

 

Əliyev Y. S. - matros
 

Həsənov C. İ. – usta.

 

 

Bu şəxslərin taleyi barədə hələlik məlumat verilməyib.
 

Xatırladaq ki, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.  Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.