Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

Balakən Rayon Polis Şöbəsindən APA-ya əməliyyatın keçirildiyini təsdiqləsələr də, ətraflı açıqlama verilməyib: “Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.

Milli.Az