Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.
M.Quliyev qeyd edib ki, o zaman ölkəmizə gələnlər başa düşdülər ki, qarayaxma kampaniyası onlarda Azərbaycan haqqında mənfi rəy yaratmaq məqsədi daşıyıb:
“İndi belə çirkin kampaniyanın aparılması Azərbaycana gələn turistlərin sayını azaltmaq, xalqımız və ölkəmiz haqqında mənfi rəy formalaşdıraraq, gözdən düşürmək məqsədi güdür. Bu fəaliyyətin arxasında erməni lobbisi və diasporasının işləri açıq-aydın görünür”.
M.Quliyev bildirib ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək: “Ölkəmiz bu yarışları ən yaxşı şəkildə təşkil edəcək. Vətənimizə səfər edənlər hər şeyi əyani olaraq görəcəklər və tam əmin olacaqlar ki, onları aldatmağa çalışıblar. Belə çirkin fəaliyyətin nəticəsi qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və digərləri üçün acınacaqlı olacaq. Onlar rüsvay olacaq və daha da nüfuzdan düşəcəklər. Oyunlardan sonra ölkəmiz və xalqımız haqqında formalaşan müsbət rəyi daha dəyişmək mümkün olmayacaq. Avropa oyunları vətənimizin ən yaxşı təbliği olacaq. Bu Oyunlar ölkəmizə strateji baxımdan çox lazımdır".
Milli.Az