Şüşə fabrikində fəhlə işləyən Çjou Qunfa “Apple”, “Samsung” kimi smartfon firmalarına sensorlu ekran şüşələri istehsal edən şirkət yaradaraq Çinin ən zəngin biznesladysi olub.

ANS PRESS-in məlumatına görə, Qunfa 2003-cü ildə qurduğu “Lens Technology” şirkətində 89 faizlik paya sahibdir.

45 yaşlı Çjou Qunfanın fabrikinin 80 mindən çox işçisi var və 2013-cü ildə şirkətin gəliri 3.3 milyard dollar olub.

“Bloomberg” isə hazırda Qunfanın 8 milyard dollarlıq sərvətə sahib olduğunu bildirib.

Mərkəzi Honq Konqda olan “South China Morning Post”un hesabatına görə, hazırda şirkət dünyada satılan smartfonların 21 faizi üçün şüşə istehsal edir.
Mənbə
ANS PRESS