[ 01 Aprel 2015 23:56 ]


Bakı-APA. Meksika körfəzində iri neft platformasında güclü yanğın baş verib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində azı 45 nəfər xəsarət alıb, 300-dək işçi təxliyə olunub.

 

Yanğından əvvəl platformada güclü partlayışın baş verdiyi bildirilir.  

 

Yanğının söndürülməsinə 8 yanğınsöndürən gəmi cəlb olunub.

 

Hadisənin səbəbi hələlik məlum deyil.