İspaniyanın "Real Betis" klubunda icarə əsasında çıxış edən "Fənərbaxça"nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını fərqli komandada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, mərakeşli futbolçu ilə Səudiyyə Ərəbistanının "Əl-İttihad" və Yunanıstanın "Olimpiakos" klubları maraqlanır. Məlumata görə, hər iki klub 29 yaşlı yarımmüdafiəçinin transferi üçün "Fənərbaxça"ya təxminən 8 milyon avro ödəməyə hazırdır. Bildirilir ki, İstanbul təmsilçisinin yeni mövsüm planlarında yer almayan Amrabatın komandadan ayrılması gözlənilir.

Qeyd edək ki, mərakeşli futbolçu ötən mövsüm "Real Betis" və "Fənərbaxça"nın heyətində ümumilikdə 29 rəsmi oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.