UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyunu başa çatıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən "Sabah" II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib olub.
23:39
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyununda ikinci hissə başlayıb. Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra 2:0 hesabı ilə qalib gəlir.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
23.22
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyununda ikinci hissə başlayıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra 2:0 hesabı ilə qalib gəlir.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
22:29
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyununda ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmanın fasiləsinə 2:0 hesablı üstünlüklə yollanıb.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
Görüşü Polşadan olan FIFA referisi Mateo Buskets Ferrer idarə edir.
Qeyd edək ki, ilk görüşdə "Sabah" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.