İspaniya nəhəngi “Real Madrid” İstabulun “Qalatasaray” klubunun ulduz futbolçusu Barış Alper Yılmazı transfer etmək üçün hətrəkətə keçib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, klubun skaut heyəti gənc oyunçu barədə rəhbərliyə olduqca müsbət hesabat təqdim edib. Bu transfer hesabatından sonra hərəkətə keçən Madrid təmsilçisinin sarı-qırmızılıların qapısını yaxın günlərdə 70 milyon avroluq təkliflə döyəcəyi bildirilir.

Yerli mətbuatın yazdığına görə, “Qlatasaray” rəhbərliyi ulduz futbolçunu asanlıqla əldən vermək niyyətində deyil. İstanbul təmsilçisinin Barış Alper üçün 80 milyon avro transfer haqqı müəyyən etdiyi bu məbləğdən aşağı hər hansı bir rəqəmi müzakirə etmək istəmədiyi gələn xəbərlər arasındadır.