Bu görüntülər insanları yol keçərkən daha diqqətli olmağa vadar edir.

ANS PRESS-in məlumatına görə, Ukraynada iki yeniyetmə qız yol keçərkən diqqətsizlik ediblər. Onlar işıqforun işıqlarına əhəmiyyət vermədikləri üçün qəza vəziyyəti yaranıb. Videoda qızlardan birinin yol keçən zaman mobil telefonla danışdığı da görünür. Onlar qəfildən minik avtomobilinin yoluna çıxıblar. Nəticədə mobil telefonla danışan qız maşına çırpılıb.

Xoşbəxtlikdən qızlardan heç biri xəsarət almayıb. Amma telefonla danışan qız avtomobil vurandan sonra yerə yıxılıb. Lakin o tezliklə ayağa durub və geri çəkilib. Yolu keçən digər qız isə yolun o biri tərəfinə keçmiş olsa belə özünü itirir və rəfiqəsinin yanına geri qaçır.

Mənbə
ANS PRESS