Bu il manat ən azı 10% ucuzlaşacaq
ANS PRESS-in məlumatına görə, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər:
"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov açıqlamasında bildirib ki, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil. Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. O qeyd edib ki, tam üzən məzənnə siyasətinə keçsələr, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər.
Bununla bağlı mətbuatda artıq manatın növbəti devalvasiyası barədə məlumatlar yol açıb. Bu gün Mərkəzi Bankın manata birbaşa və ya dolayı yönəlik istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addım atılacaq” fikrini hakim atdi. Qayıdaq üzən məzənnənin devalvasiya ilə əlaqəsinə.
Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücü yeganə olaraq ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiymətidir. Ona görə də tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, üzən məzənnə olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manaya təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi. İndi əgər üzən məzənnəyə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək. Ona görə də Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil. Açığını deyim ki, bu üfiqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatın Azərbaycanda yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.
Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşma ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə qalsa, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacaq deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tutur. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04