Azərbaycan Rusiya avtomobil istehsalçılarının məhsul ixracının prioritet istiqamətlərindən biridir
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Rusiya avtomobil istehsalçılarının məhsul ixracının prioritet istiqamətləri sırasındadır.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, Rusiya Federasiyası baş nazirinin birinci müavini İqor Şuvalov ölkənin avtomobil istehsalçılarına öz məhsullarını daha fəal ixrac etməyi təklif edib. Prioritet istiqamətlərin Qazaxıstan və Azərbaycan olduğu, planda Afrika və Latın Amerikasının nəzərdə tutulduğu göstərilib. Rusiyanın avtomobil zavodları xaricə məhsul ixracını ikiqat artırmaq niyyətindədir.
İxracatı artırmaq tələbini hökumətdə belə izah ediblər ki, 2014-cü ildə ölkə avtomobillərinin həm Rusiyanın özündə, həm də xaricdə satışı xeyli azalıb. Məsələn, Avropa Biznesi Assosiasiyasının avtomobil istehsalçıları komitəsinin məlumatına görə, 2014-cü ilin yanvarında Rusiyada yeni minik və kommersiya minik avtomobillərinin satışı 2013-cü ilin yanvar ayındakına nisbətən 6 faiz azalıb. İqor Şuvalov İqtisadi inkişaf və inteqrasiya komissiyasının iclasında deyib: “ İndiki mürəkkəb şəraitdə yeni bazarlara çıxmaq lazımdır, biz məhsulumuzu irəli aparmalıyıq”. O, müəssisənin mülkiyyətçilərini dövlət zəmanətlərinin alınmasında idarələrarası qruplarla daha fəal işləməyə çağırıb.
Məqalədə deyilir ki, KAMAZ avtomobilləri Gəncə avtomobil zavodunda da yığılacaq.
Xatırladırıq ki, keçən ilin sonunda “KAMAZ” Açıq Səhmdar Cəmiyyəti və “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi Azərbaycan ərazisində KAMAZ avtomobillərinin yığılmasına dair bir sıra sazişlər imzalayıblar. Sazişlərdən biri gələcəkdə Azərbaycan müəssisəsində quraşdırmaq üçün KAMAZ avtomobillərinin maşın dəstlərinin respublikaya göndərilməsini nəzərdə tutur.
İmzalanmış növbəti sənəd maşın dəstlərindən KAMAZ-43114, 4326, 43118, 65115, 65117 və 6520 avtomobillərinin quraşdırılması hüququ barədə KAMAZ ASC ilə Gəncə avtomobil zavodu arasında lisenziya müqaviləsi olub. Azərbaycanda KAMAZ avtomobillərinin yığılmasının cari ilin birinci yarısında başlanacağı gözlənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10