Siyasətçi Boris Nemtsovun qətlində təqsirləndirilən Tamerlan Əsgərxanov istintaqın ittihamlarını təkzib edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, hətta B.Nemtsovun kim olduğunu bilmədiyini deyib.

T.Əsgərxanov qeyd edib: "Mənim günahım yoxdur".

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 28-i gecə qətlə yetirilib.

Milli.Az