Bakıda Avropa səyahət bazarı təşkil olunub
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də “Fairmont Baku” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Avropa səyahət bazarının (“Baku Travel Bazaar Europe”) açılış mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda elit turizmin inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirə müxtəlif ölkələrin bu turizm sahəsi üzrə qabaqcıl şirkətləri və media nümayəndələri qatılıb.
Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov dünya iqtisadiyyatında turizmin önəmindən danışdı. Bildirdi ki, turizm dünyada gəlir gətirən sahə kimi günü-gündən inkişaf edir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində turizm mühüm inkişaf yolu keçib. Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti, zəngin mədəni irsi, tarixi abidələri turizm imkanlarımızın böyük perspektivi olduğunu göstərir. Bu da öz növbəsində turizmin müxtəlif növlərinin inkişafına zəmin yaradır.
Sektor müdiri turizm sahəsində dövlət siyasətindən söz açdı, ümumi daxili məhsulda turizmin payının tədricən artdığını deyib. Bildirib ki, Bakıda Avropa səyahət bazarı kimi tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərərək, iştirakçıların potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış olmasına imkan yaradır, əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.
Qeyd edək ki, Bakıda Avropa səyahət bazarı tədbirində Türkiyə, İspaniya, İtaliya Böyük Britaniya, Yunanıstan, Rusiya, İsveçrə, Fransa, Almaniya, ABŞ kimi ölkələrin elit turizm sahəsində tanınmış 70-dən artıq şirkəti iştirak edib. Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək.
“Baku Travel Bazaar”nın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulub. Tədbirlər “Baku Travel Bazaar Wellness”, “Baku Travel Bazaar Exotic”, “Baku Travel Bazaar Adventures” kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.
Elit turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, golf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47