[ 01 Aprel 2015 16:49 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiya ilə Azərbaycan tez xarab olam məhsulların tədarükü ilə bağlı "yaşıl dəhliz" yaratmaq niyyətindədir.
"APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük xidmətinin rəhbəri Andrey Belyaninov bildirib.
"Biz azərbaycanlı həmkarlarımızla tez xarab olan ərzaq məhsullarının, meyvə və tərəvəzlərin tədarükü üçün "yaşıl dəhliz"in yaradılması ilə bağlı danışıqlar aparmışıq", - deyə A. Belyaninov bildirib.