Bakıda mağazaya basqın edən şəxslər ələ keçdilər. Milli.Az-ın məlumatına görə, həmin şəxslər Zahid İsmayılov Elnur Əsədlidir. Onlar cinayəti bu il yanvarın 12-də Binəqədi rayonu ərazisində törətmişdilər.

Həmin gün mağazaya soxularaq orada satıcı işləyən Murad Əliyevə bıçaqla xəsarət yetirib, sonra isə kassadan 130 manat götürərək qaçmışdılar. Binəqədi polisi uzun sürən axtarışlardan sonra onları tutaraq istintaqa təhvil veriblər.

Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

Gülər
Milli.Az