[ 01 Aprel 2015 15:13 ]



 

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası qeydə alınıb.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nobel prospektində, “Günəş Petrol”un qarşısında  qeydə alınıb.

1 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı  sərnişin avtobusu ilə “VAZ 21-06” markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.