Anspress-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, AKP-nin Kartal rayonundakı binasına iki silahlı şəxs girib. Polis binanın önündən keçən yolu bağlayıb.
Binadakıları çölə çıxaran iki silahlı şəxs 7-mərtəbəli binanın ən üst mərtəbəsinə çıxaraq pəncərələri sındırıb. Onlar üzərində qılınc təsviri də olan Türkiyə bayrağını pəncərədən asıblar. Hadisə yerinə çoxlu sayda polis gəlib. Silahlı şəxslərdən biri kütləyə müraciətlə nitq söyləyir.
Milli.Az