Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.

Trend-in məlumatına görə, komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

X.Məmmədov isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Milli.Az