[ 01 Aprel 2015 13:29 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlaşma hadisəsi qeydə alınıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Sakit Kərimova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub.