Müxalifətçi Məhəmməd Buxari Nigeriyanın yeni prezidenti seçilib
Bakı, 1 aprel, AZƏRTAC
Namizədliyi ölkənin əsas müxalif partiyası olan Bütün Proqressiv Güclərin Konqresi tərəfindən irəli sürülən 72 yaşlı Məhəmməd Buxari Nigeriyanın yeni prezidenti seçilib. Bu barədə aprelin 1-də müstəqil milli seçki komissiyasından məlumat verilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, komissiyanın məlumatına əsasən, Məhəmməd Buxari seçicilərin 53,96 faiz (15,425 milyon) səsini topladığı halda, hazırki prezident Qudlak Conatan cəmi 44,96 faiz (12,853 milyon) səs toplaya bilib.
Bir qədər əvvəl 57 yaşlı Qudlak Conatan öz tərəfdarlarına müraciət edərək, onları martın 29-da keçirilmiş prezident seçkisinin nəticələrinə dinc yolla etiraz etməyə səsləyib. Heç bir şəxsi ambisiyanın nigeriyalıların qanına dəymədiyini deyən Conatan ölkəsinin birliyinin, sabitliyinin və inkişafının hər şeydən vacib olduğunu qeyd edib.
Nigeriyada keçirilən prezident seçkilərində müxalifət liderinin qələbə çalmasını ölkənin demokratik quruluşunun püxtələşməsinin təzahürü olduğunu vurğulayan BMT-nin baş katibi Pan Gi Mun öz növbəsində seçkilərin qalibi Məhəmməd Buxarinı təbrik edib. Pan Gi Mun bütün nigeriyalıları “seçkinin nəticəsini qəbul etməyə” və hər hansı bir şikayəti qanun və konstitusiya çərçivəsində həll etməyə çağırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10