Azərbaycan nümayəndə heyəti İtaliya senatının və hökumətinin üzvləri ilə görüşüb
Roma, 1 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri Sercio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinylio və digərləri ilə görüşüb.
Səfərin məqsədi barədə məlumat verən A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Şura QHT-lərlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı, onlara konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir. Şuranın 11üzvünün 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarətdir. Qurum tərəfindən indiyədək 3 min 500 layihəyə vəsait ayrılıb.
İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən Şura sədri qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərimizin inkişafına töhfə verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Quliyev Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunduğunu, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb.
Şuranın gördüyü işləri təqdirəlayiq hesab edən S.Divina bildirib ki, hökumət ilə QHT sektoru arasında əlaqələndirmənin uğurla təmin edilməsinin önəmli amil olduğunu vurğulayıb. Müvafiq sahədə İtaliya təcrübəsindən bəhs edən S.Divina diqqətə çatdırıb ki, QHT-lərlə dövlətin əməkdaşlığı bu qurumların müstəqil fəaliyyət göstərmələri baxımından vacib faktordur. Senator ölkələrimiz arasında bu istiqamətində təcrübə mübadiləsinin aparılmasını hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Söhbət zamanı, həmçinin Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq TAP layihəsinin önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu layihənin reallaşması nəticəsində Azərbaycan ilə İtaliya arasında əlaqələr daha da genişlənərək yeni mərhələyə qədəm qoyacaq.
Səfər çərçivəsində İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşdə vətəndaşların cəmiyyətdə rolu və iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə ölkələrimizdə görülən işlərdən danışılıb. Nazir görüşün hər iki ölkədə ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində fikirləri bölüşmək və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini qeyd edib. “Azərbaycanda müvafiq istiqamətdə görülən işlərlə tanış olmaq bizim üçün çox maraqlıdır” - deyən C.Poletti görüşün dövlət qurumlarımız arasındakı yaxşı münasibətlərin nəticəsi olduğunu bildirib.
Rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən danışan A.Quliyev Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini dəstəkləmək və hökumət ilə QHT sektoru arasında əlaqələndirməni təmin etmək olduğunu deyib: “Bizim dəstəklədiyimiz layihələrin 75 faizi sosialyönümlüdür. Müvafiq mövzuda Azərbaycan təcrübəsini italiyalı həmkarlarla bölüşməyə hazırıq”. Şuranın iş prinsipindən danışan A.Quliyev ötən il “İctimai iştirakçılıq haqqında” qanunun icrasına başlandığını və bununla bağlı 33 rayonda tədbirlərin keçirildiyini deyib.
Nümayəndə heyətimiz səfər çərçivəsində İtaliyanın bir sıra tanınmış QHT nümayəndələri ilə də görüşlər keçirib. “Be Free” qadın koalisiyasının prezidenti və idarə heyətinin üzvlərinə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlər və ictimai iştirakçılıq, qadınlar və uşaqlarla bağlı məqamlar, bu sahədə Şuranın maliyyələşdirdiyi layihələr haqqında geniş məlumat verilib.
Koalisiyanın prezidenti, xanım Françeska De Masi də öz növbəsində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlətlə əməkdaşlığın necə qurulmasından danışıb. Bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılığın Azərbaycan modeli İtaliya üçün örnək sayıla bilər. O deyib: “Azərbaycanda qaçqın və məcburi köçkün qadınların problemlərinin Avropa ictimaiyyətinə təqdim olunmasına böyük ehtiyac var və təşkilat bu sahədə müəyyən işlər həyata keçirəcəkdir”.
Növbəti görüş “UniVerde” fondunda keçirilib. Qurumun prezidenti Alfonso Pecoraro Scanio təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın turizm potensialı və ətraf mühiti haqqında geniş məlumata malik olan, vaxtilə İtalyanın kənd təsərrüfatı və ətraf mühit naziri vəzifəsində çalışan A. Pecoraro Scanio gələcəkdə bu sahədə Azərbaycan QHT-ləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın müasir infrastruktura malik turizm imkanlarının və əsrarəngiz təbiətinin Avropada geniş təbliğinin vacibliyini qeyd edib.
SVİMEZ təşkilatında keçirilən digər görüşdə qurumun prezidenti Adriano Ciannola 1946-cı ildə yaradılmış bu təşkilatın ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına böyük töhfələr verdiyini vurğulayıb. Təşkilatın idarə heyətinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi haqqında ətraflı məlumat verilib. A.Ciannola müvafiq sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinə ehtiyac olduğunu deyib.
Keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10