Bakı, 1aprel, AZƏRTAC 
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Eldəniz Aslanovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı E. Aslanovun daxili orqanından 1 ədəd bükümdə çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.