Rafaella, Reyçel və Teqyen Bini bacılarının toyu bir gündə olub. 29 yaşlı üçəm bacıların Braziliyanın Passo Fundo şəhərindəki toylarındakı qonaqlar çaş-baş qalmışdılar. Çünki bir toyda üç gəlin vardı, üstəlik, gəlinlər sanki bir-birlərinin surətləriydi.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, eyni paltar, saç düzümü və makiyajı seçmiş gəlinləri üç təzə bəy səhv salmaqdan qorxub.
Təzə bəylər Rafael, Qabriel və Eduardo deyiblər: "Həqiqətən də, onları ayrıd etmək çətindir".
Rafaelanın əri Rafael isə söyləyib: "Hə də, qorxurduq. Çünki Rafaela indiyədək dəfələrlə mənimlə zarafat edib. Bir neçə dəfə görüşə onun bacısı Reyçel, bir-iki dəfə də Teqyen gəlmişdi".
Üçəm bacıların valideynləri Pedro və Saletinin dediklərinə görə, çox sevinirlər: "İlk övladımız, qızımız Lizilidən sonra doğulmuş üçəm qızlarımızın bu bəxtəvər gününü gördük. Tanrıya şükür edirik".
Üçəm bacıların nikah mərasimi Passo Fundo şəhərindəki Nosa Senyora Aparesida kilsəsində olub.
Milli.Az

