[ 01 Aprel 2015 10:24 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda intihar edən qadının şəxsiyyəti müəyyənləşib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün rayon ərazisində intihar edən şəxsin Ağdam rayonundan məcburi köçkün olan və Hövsan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Gülnaz Adil qızı Bəkirova olduğu məlum olub.

 

Qeyd edək ki, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.