Zaqatalada yanğın olub.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə səhər saatlarında rayonun Qəbizdərə kəndində qeydə alınıb. İbrahimova Xatirə Emin qızı Bunuşova Ziyafət Rəcəb qızına məxsus evin dam örtüyü və üç otaq içindəki əşyalarla birlikdə yanıb.

Hadisə baş verən zaman evdə heç kəs olmayıb. Əraziyə FHN-in iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisədə xəsarət alan olmayıb.

Milli.Az