Bakının Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.