İstanbul, 1 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, martın 31-də İstanbul Ədalət Sarayında silahlı şəxslər tərəfindən girov götürülən prokuror Mehmet Selim Kirazın azad edilməsi üçün xüsusi əməliyyat keçirilib.
Türkiyə mediasında yayılan məlumata görə, həkimlər yaralandığı üçün xəstəxanaya yerləşdirilmiş M.S.Kirazın həyatını xilas edə bilməyiblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul