Vahid Mustafayev birliyə çağırdı (VİDEO)
31 mart soyqırımı Türkiyədə də anıldı. Paytaxt Ankara və İstanbul kimi iri şəhərlərdə isə anım mərasimləri daha geniş şəkildə təşkil olundu. Türkiyədə fəaliyyət göstərən səfirlərin, dövlət rəsmilərinin, ictimai xadimlərin qatıldığı mərasimdə “Qarabağın səssiz harayı” adlı filmin nümayişi nəzərdə tutulurdu.
Amma bütün ölkədə həmin vaxt yaşanan elektrik kəsintisi səbəbindən filmin nümayişində bir sıra texniki problemlər oldu.
Türkiyədəki anım mərasimlərinə qatılan ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev TRT Avaz kanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları, o cümlədən Xocalı faciəsi barədə məlumat verdi:
“Problemli məqam odur ki, türk dünyası bir toplum olaraq mövcuddur. Amma aralarında bir rabitənin olmaması, bizim bir–birimiz haqqında məlumatların az olması sözsüz ki, həm bizim, həm də türk dünyasının inkişafı üçün problem yaradır. Yəni bir toplum digər toplumun problemini bilmədən həmin problemi bir daha yaşayır”.
TRT Avazda Vahid Mustafayevin “Qanlı yanvar” və “Xoca” filminin kadrları da yayımlandı. Eyni zamanda gün ərzində Türkiyənin bir çox telekanlları, o cümlədən TRT şəbəkisinə daxil olan bütün kanallarda Çingiz Mustafayevin çəkdiyi və Qarabağda, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərin əsas sübuta olan kadrlar yayımlanır.
Təsadüfi deyil ki, bu il TRT kanalı operatorlar üçün təşkil etdiyi beynəlxalq müsabiqədə Çingiz Mustafayev mükafatını təsis edib. Müsabiqəyə 89 ölkədən operator və jurnalistlər qatılıb. Onların arasından seçilən qalibə isə ilk dəfə olaraq Çingiz Mustafayev mükafatı təqdim olunacaq.
TRT Avazın direktoru Murad Akkoç da mükafatla bağlı fikirlərini bölüşdü: “Təxminən 6 ildən bu yana mükafatlandırma həyata keçirilir. Amma bu il isə istədik ki, mükafatlandırmanı fərqli bir formada keçirək. Hazırda özüm Türkiyə Haber Dərnəyinin idaretmə qurumuda təmsil olunuram. Və qərara gəldik ki, mükafatı Çingiz Mustafayev in adına təsis edək"
Müsabiqəyə Baş nazir Əhməd Davudoğlu və digər türkiyəli rəsmilərin qatılacağı planlaşdırılır.
Mənbə
ANS TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10