ANS PRESS-in məlumatına görə, İngiltərədə Cenni Klark adlı ev xanımı əvvəlcə darıxdığı üçün idman salonuna yazılıb. Burada ilk dəfə bodibildinqlə tanış olan qadın bu idman növü ilə ciddi maraqlanmağa başlayıb. O, məşqlər sayəsində 50 kiloqram çəki itirir.
Amma 36 yaşlı Cenninin nailiyyətləri bununla bitmir. Əzmlə məşqlərini davam etdirən qadın Bodibildinq və Fitness Birliyinin (Bodybuilding and Fitness Association - IBFA) təşkil etdiyi müsabiqənin, İngiltərə çempionu və dünya çempionu olur.
Bu işdə onun ən böyük dəstəkçisi isə həyat yoldaşı Dominik və 4 yaşlı oğlu Mason olublar.




MənbəANS PRESS