Yaponiya Tokioda baş verəcəyi proqnozlaşdırılan mümkün zəlzələdən qorunmağa çalışır
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Yaponiya hökuməti episentri Tokioda olacağı ehtimal edilən güclü zəlzələyə hazırlıq planını təsdiqləyib. Plan zəlzələ zamanı həlak olanların və dağılan binaların sayını iki dəfə azaltmalıdır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, alimlərin proqnozuna əsasən, qarşıdakı 30 il ərzində 70 faizlik ehtimalla episentri Yaponiyanın paytaxtına düşəcək güclü zəlzələ baş verəcəyi gözlənilir. Ən pessimist ssenariyə əsasən zəlzələ qurbanlarının sayı 23 min nəfərə çata, 610 min bina dağıla bilər. Təsdiq edilmiş plana əsasən, binaların davamlığının artırılması və yanğından mühafizə istiqamətində profilaktik tədbirlər yaxın 10 il ərzində qurbanların və dağıntıların miqyasını yarıya qədər azaltmağa imkan verəcək.
Konkret tədbirlər qismində binaların davamlığını 95 faizə qədər artırmaq, zəlzələdən sonra baş verə biləcək yanğın zamanı daha təhlükəli olan köhnə və sıx tikilmiş mikrorayonların sayını azaltmaq nəzərdə tutulur. Əsas diqqət isə yanmayan tikinti materiallarının tətbiqinə yönələcək. Belə ki, 1995-ci ildə Kobe şəhərində baş verən zəlzələ zamanı insanlar bir çox hallarda dağıntılar nəticəsində deyil, zəlzələnin fəsadlarından olan yanğınlar zamanı həlak olmuşdular.
Təsdiqlənmiş plan, həmçinin əsas binanın dağılması zamanı bələdiyyə xidmətlərini qəbul edə biləcək müvəqqəti administrativ məntəqələrin yaradılmasını da nəzərdə tutur. Geniş miqyaslı təbii fəlakətin baş verəcəyi təqdirdə yerli administrasiyalarda, iri kompaniyalarda və hündür yaşayış binalarında bir həftəlik su və ərzaq ehtiyatının yaradılması da planlaşdırılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10