İndoneziyada dəfn mərasimində kuryoz hadisə baş verib. ANS PRESS-in haberlər.com-a istinadla verdiyi məlumata görə, torpağa tapşırılmaq üçün aparılan cənazə tabutdan yerə düşüb.

Mərhumun yaxınları vida mərasimindən sonra cənazəni çiyinləri üzərinə alaraq qəbristanlığa yönəliblər. Lakin bir müddət gedəndən sonra cənazə tabutdan yerə düşüb. Cənazəni daşıyanlar bunun fərqinə belə varmayıblar.

Bir müddət irəliləyən şəxsləri dəfn üçün arxadan gələnlər xəbərdarlıq edərək saxlaya biliblər.

Tabutu daşıyanlar qışqırıq səslərindən sonra geri qayıdaraq cənazəni yerinə qoyub və yollarına davam ediblər.

Baş verənlər isə dəfnə gələnlərdən birinin mobil telefonunun kamerası ilə anbaan qeydə alınıb.

Mənbə
ANS PRESS