APA-nın verdiyi məlumata görə, Keymərəz kənd sakini, 83 yaşlı Mafizət İsayeva yaşadığı evində huşunu itirərək sobanın üzərinə yıxılıb. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin said sümüklərinin, üz və boynunun sağ tərəfinin 3-cü dərəcəli termiki yanığı, döş qəfəsinin ön səthinin 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.Ötən gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib
İlkin tibbi yardımdan sonra M. İsayeva paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Milli.Az