Bakı-APA. Zabrat qəsəbəsinə gedən mərkəzi yolun kənarında dayanan daşla yüklənmiş iritonnajlı maşınlar nəqliyyatın hərəkətinə ciddi problemlər yaradır. Yerli sakinləri narahat edən digər məqamlardan biri mişar daşı yüklənmiş maşınların intensiv hərəkəti nəticəsində yolların sıradan çıxmasıdır. Sakinlər öz narazılıqlarını APA TV-yə belə ifadə ediblər.
“Məsələ o həddə çatıb ki, maşın orda dayananda ev sahibi maşının nömrəsini çıxarıb. Amma yenə də üzlərində həya yoxdur. Axı nə qədər yol çəkdirmək olar? Sizi burdan ora qovurlar, oradan bura”.
Sabunçu rayonu Zabrat qəsəbəsinin sakini əsəbiləşdirən məsələ illərdir bu ərazidən dayanacaq kimi istifadə edən ağır tonnajlı yük avtomobilləridir. Sakinlərin sözlərinə görə, illərdir mişar daşı daşıyan nəqliyyat vasitələri həm yolları xarab edib, həm də sakinlərin həyatı üçün təhlükə yaradır. Bir sözlə, bu ərazidə yaşayanlar hər gün evlərinin qarşısında dayanan, hər dəqiqə küçələrdə şütüyən bu nəqliyyat vasitələrinin yaratdıqları problemlərdən beziblər.
“Görün qapımızın ağzı nə gündədir. Gül kimi asfalt çəkiblər, bu maşınların ucbatından yollarımız xarab olur, boru xətlərimiz qırılır”.
Yük maşınlarının yolu zəbt etməsi sürücülərin də narazılığına səbəb olub: “Bax elə bu yoldan gəlib işə getmək olmur. Böyük maşınlardır, gətirib düz yolda saxlayıblar. Bilmirsən, maşından qorunasan, ya piyadanı görəsən...”
Sakinlər deyir ki, yük maşınlarının intensiv hərəkət etdiyi yollar artıq sıradan çıxıb. Payız, qış aylarında isə burada vəziyyət daha acınacaqlı olur. Asfalt örtüyünün sıradan çıxması yolları keçilməz edir.
“Bizim yolu gül kimi düzəltmişdilər, bunlar da “Kamaz”ları salırlar küçəyə. Görün yol nə günə düşüb. Lazımi yerlərə məlumat vermişik. Axı belə olmaz. Bizim yolu düzəldiblər, amma pis günə salıblar”.
“Ağır tonnajlı “Kamaz”lar buranı pis günə qoyub. Bura “Kamaz” yolu deyil. O tərəfdə yol var. Asfaltlanmayan yoldur, “Kamaz”lar üçün nəzərdə tutulub. Oradan gəlib getmirlər”.
Deyilən iradlarla razılaşmayan sürücülər də sakinləri qınayır: “Sakinlər dəmiryolunun üstündə ev tikiblər, gedib ondan danışsınlar. “Biz 10 ildir burada dayanırıq. Boş ərazidir, biz də dayanmışıq, heç kəsə mane olmuruq”
Sözügedən məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Zabrat qəsəbə nümayəndəliyinə müraciət etdik. İcra nümayəndəsi Vüqar Əsədov bildirir ki, həmin maşınların ərazidən yığışdırılması üçün bir neçə dəfə polisə müraciət ediblər: “Neçə dəfə polis bölməsinə, 15-ci polis bölməsinə müraciət etmişik ki, mişar satışı ilə məşğul olan “Kamaz” markalı avtomobillər qəsəbənin ümumi görünüşünə xələl gətirir. Bir neçə dəfə yığışdırmağımıza baxmayaraq, bir müddətdən sonra yenidən fəaliyyət göstəriblər”.
İcra nümayəndəsi bildirib ki, yolu qanunsuz zəbt edən daş daşıyan yük avtomobillərini saxlamaq üçün Zabrat-Kürdəxanı yolunda xüsusi yer ayrılıb. Zabrat dairəsindəki yük avtomobillərinin sahibləri o əraziyə köçürülməyə razı olsalar da, digər sürücülər yolun uzaq olduğunu əsas gətirərək bundan imtina ediblər.
Yük maşınları Zabrat yolunu zəbt edib - VİDEO
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
az.apa.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05