Avropa İttifaqında vahid rəqəmli bazar yaradılacaq
Strategiya müəllifləri rəqəmli iqtisadiyyatı stimullaşdırmaqla elektron ticarət bazarının artımına və yüz minlərlə yeni iş yerinin yaradılmasına nail olmağı düşünürlər.
Qeyd olunur ki, Aİ-nin çatdırılma xidmətləri vahid qiymətqoyma standartlarına əməl etməli olacaqlar. Bağlamaların göndərilməsi üçün qiymətlərin tənzimlənməsi ilə Avropa Komissiyası məşğul olacaq. Vahid standartların regionda elektron kommersiyanın inkişafı üçün şəraiti yaxşılaşdıracağı gözlənilir.
Avropa Komissiyası nümayəndələrinin sözlərinə görə, hazırda Aİ alıcılarının yalnız 15 faizi qonşu ölkələrin internet mağazalarından alış-veriş edir. İstehlakçıların 44 faizi məhsulları milli internet məkanında almağa üstünlük verir.
Alıcıların əksəriyyəti (85 faiz) bunu bəzən məhsulun faktiki qiymətini üstələyən transsərhəd çatdırılma üçün qiymətlərin yüksək olması ilə əlaqələndirir.
Bundan başqa, malların göndərilməsi üçün xərclərin yüksək olması ilə əlaqədar olaraq sahibkarların 62 faizi malları xaricə satmağa bir o qədər həvəs göstərmir. Çatdırılma üçün xərclərdən başqa pərakəndə satışla məşğul olanlar malı xaricilərə satmaq üçün əlavə icazəni rəsmiləşdirməli olurlar ki, bu da onlara 9 min avroya başa gəlir.
Vahid standartların tətbiqi xaricdən malların çatdırılması üçün eyni tarif dərəcəsini yaratmağa, ƏDV qaydalarını sadələşdirməyə, eləcə də fərdi məlumatların və müəllif hüquqlarının mühafizəsi ilə bağlı qaydalar məcəlləsini təkmilləşdirməyə imkan verəcək, - "Payspacemagazine www.payspacemagazine.com” yazır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10