Qvineya, Liberiya və Syerra Leonedə 25 min nəfər Ebola virusundan zərər çəkib.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

 

Dərc olunmuş statistikaya əsasən, 10365 ölüm faktı da daxil olmaqla, , ümumilikdə, Ebola virusundan zərər çəkmiş insanların sayı 24992 nəfər təşkil edib.   

 

Liberiyada 4 min ölüm faktı qeydə alınıb, ən çox yoluxma halları isə - 11889 nəfər Syerra Leonedə müşahidə olunub.