Böyük Britaniyada parlament buraxıldı və seçki kampaniyasına rəsmən start verildi
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Böyük Britaniyada seçki kampaniyasına rəsmən start verilib. Bukingem sarayında keçirilən mərasimdə Britaniya kraliçası II Yelizaveta hazırkı parlamentin səlahiyyətinin başa çatdığını elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bundan qabaqkı bir çox hallardan fərqli olaraq parlamentin budəfəki buraxılışı formal xarakter daşıyır. Belə ki, qanunverici orqan ona ayrılan beş illik fəaliyyət müddətini artıq bitirib. Yeni qaydalara əsasən parlament öz fəaliyyətini seçkilərə 25 iş günü qalanadək dayandırmalıdır.
Əslində seçki kampaniyası artıq bir neçə aydır ki, davam edir. Bu gündən etibarən finiş xəttinə çıxan kampaniya artıq partiyaların öz tərəfinə daha çox elektorat cəlb etmək cəhdləri ilə yalnız sürət yığacaq.
Seçki məntəqələri bütün ölkədə mayın 7-də açılacaq. Buna baxmayaraq partiyalar arasında mübarizə artıq indidən qızışıb. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Downing Street küçəsində yerləşən rəsmi iqamətgahının pilləkənlərində kral bəyannaməsini oxuduqdan sonra leyboristləri vergiləri kəskin şəkildə qaldırmaq niyyətində ittiham edib.
Leyboristlərin lideri Ed Milibend də öz növbəsində martın 30-da biznesmenlər qarşısında çıxış edərək mühafizəkarların hakimiyyətə gələcəyi təqdirdə ölkəni gözləyən təhlükə və bu halda Krallığın Avropa İttifaqını tərk etməsi ilə bağlı qacılmaz referendumun keçiriləcəyi barədə xəbərdarlıq edib. Belə ki, 2017-ci ildə belə bir plebisitin keçirilməsi Devid Kemeronun seçkiqabağı əsas vədlərindən biridir.
Hazırda isə sorğulardan birinin nəticəsinə əsasən, Birləşmiş Krallığın hər iki əsas siyasi partiyasının reytinqi təxminən bərabərdir. Digər bir rəy sorğusuna görə isə üstünlük leyboristlərin tərəfindədir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10