Bakı, 30 mart, AZƏRTAC
Bu gün yerli vaxtla 15:22:05-də Pirquludan 13 kilometr şimalda, Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, maqnitudası 4,1 bal, 6 kilometr dərinlikdə olan zəlzələ episentrdə 4 bal gücündə, yaxınlıqdakı yaşayış məntəqələrində 3 bal gücündə hiss edilib.