[ 30 Mart 2015 16:04 ]



Bakı. Məlahət Nəcəfova - APA. Moskva vilayətində qanunsuz silah saxlayan azərbaycanlı tutulub.

 

APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşları 45 yaşlı azərbaycanlının evinə baxış keçirərkən 3 tapança və güllələr aşkar ediblər.

 

Həmyerlimiz silahın ona məxsus olduğunu və yerli bazarların birindən aldığını etiraf edib.

 

Faktla bağlı cinayət işi açılıb. Həmyerlimiz 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.