Ermənistanın gizlətdiyi itkilər
Belə ki, martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vuraraq 20-dək erməni həbçisini məhv etməsindən təşvişə düşən erməni hökuməti verdiyi rəsmi açıqlamada hadisələr zamanı guya 3 ölü və 4 yaralının olduğunu qeyd etmişdi.
Rəsmi məlumatlarda, yaralılardan ikisinin İrəvan Mərkəzi Hərbi Hospitalında, digər ikisinin isə Xankəndi şəhərində olduğu bildirilir. Erməni mətbuatında İrəvana aparılan yaralıların adları açıqlanmışdı. Bunlar qarın nahiyəsindən yaralanan əsgər Edqar Martirosyan və qolu amputasiya olunan, eləcə də, çoxsaylı qəlpə yaraları alan leytenant Sarkis Qabrielyandır.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmasına görə, news.am saytının 20.03.2015 tarixli xəbərində, (http://news.am/arm/news/258008.html) daha bir yaralının Yerevana gətirildiyi barədə məlumat yerləşdirilib. Belə ki, ayaq nahiyəsindən yaralanan əsgər Jirayr Nalbandyanın yaxınları yaralının hal-hazırda Yerevan şəhərinə gətirildiyini bildirib. (Şəkil 1)
Xankəndi şəhərində olan yaralıların sayının 2 olduğu bildirilsə də, onların adları heç bir rəsmi məlumatda bir yerdə çəkilmirdi. Yalnız, müxtəlif erməni mətbuatında onlar barədə məlumatlar yerləşdirilib ki bu da, müəyyən ziddiyətli məqamları ortaya çıxarıb.
News.am saytının 20.03.2015 tarixli xəbərinə əsasən, (http://news.am/arm/news/257995.html) başından yaralanan əsgər Samvel Hakopyanın Xankəndi şəhərində olduğu və vəziyyətinin ağır olduğu bildirilir.
Saytın 20.03.2015 tarixli, qondarma Qarabağ Respublikasının müdafiə nazirinin Xankəndi hospitalında yaralı əsgərləri ziyarət etməsi ilə bağlı xəbərində (http://news.am/arm/news/258098.html) yerləşdirilən şəkilin isə yuxarıda adı çəkilən əsgərlərin heç birinə aid olmadığı müəyyən olunub. Xəbərdə əsgərin şəxsiyyəti gizlədilsə də, xəbərə edilən şərhlərin ən az üçündə Rafael adlı əsgərə şəfa arzulanır ki, buradan da daha bir yaralının adının Rafael olduğu məlum olub. (Şəkil 2)
Saytın 23.03.2015 tarixli digər xəbərində isə, (http://news.am/arm/news/258347.html) Xankəndi şəhərində hospitala yerləşdirilən əsgərlərdən digərinin adının Qor Darmanyan olduğu qeyd olunub. Məlumatda Darmanyanın da vəziyyətinin ağır olduğu vurğulanıb. (Şəkil 3)
Nəticədə ilkin araşdırmalar zamanı martın 19-da cəbhədə baş vermiş döyüşdə ölən 4, yaralanan erməni əsgərlərinin sayının ən az 5 nəfər olduğu müəyyən olunub. Bu hələ, azad mətbuatın olmadığı Ermənistan Respublikasında dəfələrlə yoxlanılıb senzuranın süzgəcindən keçmiş məlumatlarda olan kiçik səhvlər nəticəsində meydana çıxan yalanlardır.
Ermənistan Respublikası Müdafiə nazirinin və qondarma respublikanın “prezidentinin” hospitala səfərləri zamanı çəkilən fotoşəkillərdə olan yeni simaları da nəzərə alsaq, ermənilərin nə dərəcədə xalqı aldatdıqları daha da aydın bəlli olur.
Martın 19-da ölən və yaralanan erməni hərbi qulluqçuları:
1. əsgər 1996-cı il təvəllüdlü Akop Qaqikoviç Xaçatryan – ölüb.
2. əsgər Eduard Qaqikoviç Ayrapetyan- ölüb.
3. əsgər Arşak Karenoviç Arutyunyan – ölüb.
4. əsgər Samvel Sasunoviç Akopyan -ölüb.
5. leytenant Sarkis Qabrielyan – yaralanıb.
6. əsgər Edqar Martirosyan- yaralanıb.
7. əsgər Qor Darmanyan- yaralanıb.
8. əsgər Rafael (soyadı qeyd olunmayıb) – yaralanıb.
9. əsgər Jirayr Nalbandyan- yaralanıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10