[ 30 Mart 2015 15:17 ]



Bakı. Könül Kamilqızı - APA. Bu gün Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 14:59:01-da Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 7 km olub.

 

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.