Azərbaycan və Ukrayna parlamentləri arasında əlaqələr daha da genişlənir
Bakı, 30 mart, Aidə Quluzadə, AZƏRTAC
Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri martın 30-da Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisdəki işçi qrupun rəhbəri Eldar İbrahimov Azərbaycanla Ukrayna arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyini söyləyib. O, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. E.İbrahimov münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin, qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Ukrayna ilə Azərbaycan strateji tərəfdaşlardır. Hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.
Ali Radadakı işçi qrupun rəhbəri Roman Nəsirov ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, hər iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. R.Nəsirov bu səfərin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycanın inkişafının və əldə etdiyi uğurların Ukraynanı sevindirdiyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10