Gəncə, 30 mart, AZƏRTAC
Gəncə Dövlət Universiteti (GDU) tələbə gənclər təşkilatının təşəbbüsü ilə keçiriləcək fənn olimpiadasına hazırlıq işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, aprel ayının 3-dən mayın 10-dək keçiriləcək yarışda tələbələr iqtisadiyyat, riyaziyyat, kimya, biologiya, tarix, fizika, sosiologiya, pedaqogika, psixologiya, metodika fənləri üzrə biliklərini nümayiş etdirəcəklər.
Olimpiadanın yekununda ilk 3 yerə çıxmış tələbələrə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunacaq.