Bakı. 30 mart. REPORT.AZ/ Astara sakini dərmandan zəhərlənərək ölüb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Kijəbə qəsəbəsində yaşayan Şahbala Qurbanov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Lakin edilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.