[ 30 Mart 2015 12:15 ]



Bakı. Fərid Mirzəyev - APA. Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak edəcəklər.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

 

Seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.